Gürcüstanın "Çixura”
klubu "Neftçi” ilə sabah keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin
ilk görüşü öncəsi məşqə mikroavtobusla gəlib. Sportnet.az-ın məlumatına görə,
qonşu ölkə komandası Heydər Əliyev adına hava limanından stadiona yetişmək üçün
avtobus sifariş verməyib.
Nəticədə bir müddət hava limanında gözləməli olan "Çixura”nın
dadına "Neftçi” yetişib. "Flagman” rəhbərliyi qonaq komandanı gətirmək üçün
aeroporta Hyundai markalı göy mikroavtobus göndərib.