
"Neftçi" klubu bu gün Avropa Liqasında III təsnifat mərhələsində ilk görüşünə çıxacaq. Sportnet.az-ın məlumatına görə, rəqib Gürcüstan "Çixura"sı olacaq.
Hər iki komanda daxili çempionatda ötən mövsümü 4-cü pillədə başa vurub və ölkə kubokunun finalınadək irəliləyə bilib. Amma həlledici görüşdə "Qəbələ"yə penaltilər seriyasında qalib gələn flaqmandan fərqli olaraq, "Çixura" Tiflis "Dinamo"suna 1:3 hesabı ilə yenilib. "Dinamo"nun həm də çempion olması səbəbindən Saçxere komandası Avroliqaya vəsiqə qazanıb.
"Neftçi" kubokun qalibi kimi II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Sloveniya "Koper"inə Bakıda 1:2 hesabı ilə uduzan "ağ-qaralar" səfərdə 2:0-lıq qələbə sayəsində mərhələ adlayıblar. "Çixura" isə Avroliqada I təsnifat mərhələsindəcə sözünü deməyə başlayıb. Əvvəlcə Makedoniya "Turnovo"suna evdə 3:1, səfərdə 1:0 hesabı ilə qalib gələn Gürcüstan təmsilçisi ardından Türkiyə "Bursaspor"unu penaltilər seriyasında üstələməyi bacarıb. 4 görüşün heç birində uduzmayan rəqibin Bakıda da flaqmana başağrı olacağı gözlənilir.
Bunu yay hazırlığı dövründə iki komanda arasında keçirilmiş yoxlama matçlarının nəticələri də təsdiqləyir. Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplantısı zamanı "Neftçi" "Çixura" ilə 2 dəfə qarşılaşıb. Əvvəlcə Gürcüstan komandası 3:2 hesablı qələbə qazanıb, növbəti matçda isə qalib müəyyənləşməyib - 1:1.
Maraqlıdır ki, "Neftçi" qitə miqyaslı yarışlarda son ev qələbəsini də elə Gürcüstan komandası üzərində qazanıb. Bu, flaqmanın 2 il öncə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə 3:0 hesabı ilə yendiyi "Zestafoni" olub.
20:00. "Neftçi" (AZƏRBAYCAN) - "Çixura" (Gürcüstan) - 0:0
Baş hakim: Kristian Balay (Rumıniya)
Bakı, "Bakcell Arena"
Start heyətlər
"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev, 9. Flavinyo (kap.), 10. Culius Vobay, 15. Erik Ramos, 18. Sesilyo Kaue, 19. Mirhüseyn Seyidov, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 95. Elvin Bədəlov, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov
"Çixura": 30. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jiqauri, 15. Georgi Koripadze, 26. Georgi Datunaişvili, 49. David Odikadze (kap.), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze
Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Çelidze, 24. Laşa Çikvaidze, 23. Aleksandre İvanişvili, 27. Giqa Beçvaya, 11. Tornike Mumladze, 71. Temur Nadiradze.
Oyun başladı.
İlk dəqiqələr "Neftçi"nin hücumları şəraitində keçir.
10` Araz Abdullayevin cinah asmasını qapıçı dəf edir.
11` Vobayın başı üzərindən zərbəsini müdafiəçilər dəf edir.
12` Nforun ötürməsinə Vobay çata bilmir. "Çixura": 30. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jiqauri, 15. Georgi Koripadze, 26. Georgi Datunaişvili, 49. David Odikadze (kap.), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze
Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Çelidze, 24. Laşa Çikvaidze, 23. Aleksandre İvanişvili, 27. Giqa Beçvaya, 11. Tornike Mumladze, 71. Temur Nadiradze.
Oyun başladı.
İlk dəqiqələr "Neftçi"nin hücumları şəraitində keçir.
10` Araz Abdullayevin cinah asmasını qapıçı dəf edir.
11` Vobayın başı üzərindən zərbəsini müdafiəçilər dəf edir.
13` Meydanda kiçik münaqişə. Datunaşvili topu dərhal oyuna daxil etmək istəyən Flavinyoya mane olmaq istəyir. Meydanda kiçik münaqişə yaranır. Referi gürcüstanlı futbolçuya şifahi xəbərdarlıq edir.
16` Stamenkoviç Jiqaurinin təhlükəli zərbəsini 3 dəfə dəf edir.
18` Vobay inanılmaz fürsəti əldən verir. O, Kardozonun ötürməsindən sonra boş qapıya dəqiq zərbə vura bilmir.
19` Qabedavanın zərbəsi qapıdan azacıq aralı keçir.
25` Elvin Yunuszadə ilə Qabedava top uğrunda mübarizədə zədələnirlər. Həkim müdaxiləsindən sonra onlar oyuna davam edirlər.
28` Qabedavanın uzaqdan zərbəsindən sonra top qapının yanından keçir.
29` Künc zərbəsindən sonra Koripadzenin zərbəsi təhlükəli alınır.
29` Bertuççinin zərbəsi qapıdan azacıq aralı keçir.
34` Vobayın əla cinah asmasından sonra qapıçı topu çətinliklə meydandan çıxarır.
37` Flavinyo rəqib komandanın cərimə meydanına daxil olarkən, Qabedava ilə mübarizədə yerə yıxılır. Hakim "davam" deyir.
41` Bertuççinin yerinə yetirdiyi cərimə zərbəsi qapıdan azacıq aralı keçir.
45` İlk yarıya 1 dəqiqə əlavə olunur.
Birinci hissə başa çatdı.
İkinci hissə başladı.
48` Datunaşvili kobud oyuna görə sarı vərəqə alır.
49` Bertuççinin zərbəsi qapının azacıq üstündən keçir.
50` Bu dəfə Kardozo fərqlənə bilmir.
53` Bertuççinin zərbəsi dəqiq olmur.
57` Vobayın uzaqdan zərbəsi əvvəlcə qapıçıya, sonra isə dirəyə tuş gəlir. Daha bir qol şansı əldən verilir.
64` Vobayın ötürməsindən sonra qapıçı kobud səhvə yol versə də, ikinci cəhddə zədə bahasına topu tutur. Amma o, həkim müdaxiləsindən sonra oyuna davam edir.
67` Araz Abdullayevi Samir Məsimov əvəzləyir.
70`Elvin Yunuszadənin cinah ötürməsi təhlükəli alınsa da, zərbə endirən olmur.
72` "Neftçi"də daha bir əvəzləmə. Nforun əvəzinə Ruslan Qurbanov meydana daxil olur.
74` Məsimovun cinah asmasından sonra Flavinyonun baş zərbəsini Kvilitaya çətinliklə dəf edir.
77` Vobayın zərbəsini qapıçı dəf edir.
81` "Çixura"da əvəzləmə. Koripadzenin əvəzinə Çelidze meydana daxil olur.
82` "Neftçi"də son əvəzləmə. Seyidovun əvəzinə İmamverdiyev oyuna daxil olur.
87` Kardozo "Neftçi"ni real qoldan xilas edir.
89` Daha bir real qol şansını Flavinyo biabırçı zərbə ilə boşa verir.
90` Dekonaidzeni Çikvadze əvəzləyir.
90`İkinci yarıya 5 dəqiqə əlavə olunur.
90+2` İmamverdiyevin uzaqdan zərbəsi qapının üstündən keçir.
Matç başa çatdı.