
"Qəbələ” klubunun futbolçusu Luis Paulo Hilaro Dodo növbəti dəfə cəzalanıb. Sportnet.az-ın məlumatına görə, bu dəfə braziliyalı yarımmüdafiəçi əvəzedici heyətlər arasında çempionatda II turun "Qəbələ” – "Araz Naxçıvan” matçının 90+1-ci dəqiqəsində rəqibi təhqir etməsi səbəbindən diskvalifikasiya edilib.
O, oyun zamanı tutduğu hərəkəti üzündən birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi Dodonu 3 oyunluq cəzaya, klubunu 1000 manat cəriməyə məruz qoyub.
Əvəzedici heyətlərlə bağlı daha bir cəza "Simurq"a tətbiq olunub. 5 futbolçusu AZAL-la matçda sarı vərəqə aldığından, Zaqatala klubu 500 manat cərimələnib.
Qeyd edək ki, Dodo bu yaxınlarda intizamsızlıq etdiyi üçün əsas komandadan əvəzedici heyətə göndərilib.