Bolqarıstan milli komandasının futbolçusu Georgi Milanov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oynayacaqları qarşılaşma barədə danışıb. Sportnet.az-ın məlumatına görə, Moskva MOİK-ində çıxış edən 22 yaşlı yarımmüdafiəçi onları qarşıda necə rəqbin gözləməsindən xəbərdar olduğunu bildirib.
O deyib: "Rəqibin oyununu təhlil etmişik, onların özünəməxsus oyun tərzi var. Lakin biz güclü komandayıq və cari tsikldə azarkeşlərimizi sevindirməq istəyirik”.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.