
"Sabahki oyunda əsas məsələ kapitanın kimliyi yox Bakıdan qələbə ilə qayıtmaqdır". Sportnet.az-ın məlumatına, görə bunu Bolqarıstan milli komandasının futbolçusu Nikolay Bodurov Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi deyib.
Zədəli İvelin Popovun yoxluğunda kapitan sarğısını daşıyacağı gözlənilən Bodurov millimiz haqda məlumatlı olduqlarını bildirib: "Rəqibin xüsusi oyun üslubu yoxdur, daha çox aqressiv oyuna və fərdi mübarizəyə üstünlük verirlər. Auditoriya onları narahat etmir, çünki oyuna köklənməyə elə də faktorları yoxdur. Temperamentcə Ermənistan yığmasına yaxın olduqlarını düşünürük. Evdə daha yaxşı oynamağı bacarırlar. Artıq 2 ildir eyni heyətlə çıxış edirlər. Amma fikrimcə son oyunlarda daha yaxşı təsir bağışlayırlar. Bütün bunlarla yanaşı bizim də heç-heçə və xal itkimiz yetər, qələbələri sıralamaq vaxtıdır!"
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.