Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu postundan istefa verib. Sportnet.az-ın Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis bu addımı komandasının AVRO-2016-nın seçmə qrup matçında Albaniyaya 0:1 hesablı ev məğlubiyyəti ilə bitən matçdan sonra atıb.
Həmin görüşdə yığmanın lideri Kriştianu Ronaldu iştirak etməyib.
Qeyd edək ki, 2010-cu ildən Portuqaliya millisinin sükanı arxasında olan Paulu Bentu komandaya AVRO-2012-nin bürünc medalını qazandırıb. Lakin DÇ-2014-də yığmanı qrupdan çıxara bilməyən Bentunun qalması məqsədəuyğun sayılmışdı.