PREVYU
Bu gün futbol üzrə Topaz Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma paytaxtdan kənarda baş tutacaq.
Hesabat turuna lider qismində qədəm qoyan "Sumqayıt" mövsümə qeyri-sabit başlayan AZAL-ı qəbul edəcək. Baş məşqçi Aqil Məmmədovun komandası ötən 2 turu qələbə ilə başa vurub. "Gənclik şəhəri" təmsilçisi əvvəlcə evdə "Araz Naxçıvan"ı 1:0, ardından səfərdə "Bakı"nı 2:1 hesabı ilə yenməyi bacarıb. Ardıcıl 3-cü qələbəyə imza atacağı təqdirdə, "Sumqayıt" xallarını 15-ə çatdıraraq, liderliyi yenə "İnter"dən alacaq.
AZAL isə ötən tur "Qarabağ"a evdə böyük hesabla uduzduqdan sonra passivindəki məğlubiyyətləri 2-yə çatdırıb. Məhz bugünkü matç "təyyarəçilər"in nəyə qadir olduğunu üzə çıxara bilər.
Digər qarşılaşma "Xəzər Lənkəran"la debütant "Araz Naxçıvan" arasında oynanılacaq. Bu komandalar Premyer Liqada heç vaxt üz-üzə gəlməyiblər. Əvəzində ötən mövsüm Azərbaycan Kubokunun 1/4 final mərhələsindəki oyunlarda Lənkəran təmsilçisi səfərdə 1:1, evdə 1:0 hesablı nəticələrlə mərhələ adlayıb. Bu mövsüm hər iki komanda cəmi 1 qələbə qazanıb. Üstəlik, onlar ötən turu məğlubiyyətlə başa vurublər. "Xəzər Lənkəran" səfərdə "Neftçi"yə 0:1, "Araz Naxçıvan" evdə "İnter"ə 1:3 hesabı ilə yenilib. Elə də uğurlu təsir bağışlamayan Lənkəran və Naxçıvan təmsilçilərini bugünkü matçda xal ehtiyatlarını artırmaq üçün gərgin mübarizə gözləyir.
Bu oyundakı məğlubiyyət Oğuz Çətinin "Xəzər Lənkəran"ın baş məşqçi postundan istefası ilə də nəticələnə bilər. Elə işləri yaxşı getməyən "Araz Naxçıvan"da da 3 futbolçunun qovulmasından sonra baş məşqçi Əsgər Abdullayevin də göndərilməsi gündəmə gələ bilər.
20 sentyabr (şənbə)
17:00. "Sumqayıt” – AZAL - 0:1
Qol: Freddi Mombonqo, 24
"Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 17. Ramazan Abbasov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 86. Fərid Quliyev
Baş məşqçi: Aqil Məmmədov
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 11. Con Kordoba, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 7. Təmkin Xəlilzadə, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 25. Adil Nağıyev, 21. Novruz Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Kapital Bank Arena”, süni örtüklü meydan
19:00. "Xəzər Lənkəran” – "Araz Naxçıvan” - 2:0
Qol: Qalin İvanov, 73. Ağabala Ramazanov, 89
"Xəzər Lənkəran”: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 6. Rəşad Sadiqov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov, 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 39. İlqar Ələkbərov, 99. Deyan Blajevski
Baş məşqçi: Oğuz Çətin
"Araz Naxçıvan”: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 7. Ramal Hüseynov, 9. Qərib İbrahimov, 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov, 21. David Janelidze, 44. Saşa Yunisoğlu, 91. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 15. Ruslan Nəsirli, 23. Elnur Abdulov
Baş məşqçi: Əsgər Abdullayev
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
"Xəzər Lənkəran” mərkəzi stadionu
21 sentyabr (bazar)
18:00. "Qəbələ” – "Neftçi”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
20:00. "Qarabağ” – "Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
19 sentyabr (cümə)
19:00. "İnter” – "Bakı” - 7:0
Qollar: Franko Nildo, 10; 19. Arif Daşdəmirov, 30. Baçana Tsxadadze, 44; 48. Coşqun Diniyev, 73. Nizami Hacıyev, 86
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"İnter Arena”