Ağdamın "Qarabağ” klubu ilk futbolçu transferini gerçəkləşdirib. Bu barədə Sportnet.az-a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.
Onun sözlərinə görə artıq Bakıda olan braziliyalı futbolçu Danilo Diasla bütün məsələlərdə razılıq əldə olunub. Diasla bu gün 2 illik rəsmi müqavilə imzalanacaq.
Qey edək ki, Danilo Dias 6 noyabr 1985-ci ildə Braziliyanın Qoyas ştatının Seres şəhərində anadan olub. 29 yaşlı hücumçu ölkəsinin müxtəlif klublarında çıxış etdikdən sonra 2010-cu ildə Portuqaliya "Maritimo”suna keçib. Dias bu klubda son 4 mövsüm ərzində 103 oyuna 12 qol vurub.