Bu axşam Avropa Liqasının qrup mərhələsində 3-cü tur çərçivəsində daha 23 qarşılaşma keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Xarkov "Metallist" ilə Varşava "Legiya"sının oyunu oktyabrın 22-də keçirilib.
Bu da birbaşa Avroliqanın qrupunda ölkəmizi təmsil edən "Qarabağ"la bağlıdır. Ağdam klubu da bu gün Kiyevdə oynayacağından, UEFA eyni gündə bir şərhərdə iki rəsmi görüşün keçirilməsinə icazə verə bilməzdi. Bu səbəbdən Xarkov klubunun polyaklarla qarşıdurması bir gün geriyə salındı.
Qardaş Türkiyə təmsilçilərinin Avroliqada işlərinin tam qaydasında getdiyini demək olmaz. "Trabzonspor" bu tur rəqibini doğma azarkeşləri önündə qəbul edəcək. Vahid Xəlilhociçin komandası Belçika "Lokeren"i ilə münasibətərlərinə aydınlıq gətirəcək. Buna qədər keçirdiyi 2 oyuna 1 qələbə qazanan qaradənizlilər 3-cü turu məğlubiyyətlə başa vursalar, qrupdakı vəziyyət xeyli gərginləşəcək.
Türkiyənin yarışdakı digər komandası "Beşiktaş"ı isə daha çətin sınaq gözləyir. Slaven Biliçin başçılıq etdiyi "qara qartallar" Belqradda "Partizan"nın qonağı olacaqlar. Qrupda keçiridiyi hər iki oyununu heç-heçə ilə başa vuran İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq istəyirsə, "Neftçi"nin Avroliqaya yolunu kəsən serblərə ən azından uduzmamalıdır.
Avropa Liqas. III tur
Qrup A