III Beynəlxalq Qəbələ Kubokunda bu gün "pley-off" matçları keçirilib. Sportnet.az-ın məlumatına görə, 4 oyun arasında daha çox ilk 2-si diqqət mərkəzində olub.
Əvvəlcə "Fənərbağça" Avstriya "Rapid"i ilə üz-üzə gəlib. Matçın taleyini qardaş ölkə komandasının vurduğu bir qol həll edib. Bu görüşün ardından turnir tarixində ilk dəfə yarımfinala vəsiqə qazanmış "Qəbələ" Belçika "Anderlext"i ilə qarşılaşıb. Güclü rəqibindən zəif təsir bağışlayan meydan sahibləri böyük hesabla uduzub. Azərbaycanın digər təmsilçisi "Neftçi" isə 5 - 8-ci yerlər uğrunda ilk görüşünü İtaliya "Udineze"sinə qarşı keçirib. Bu oyunun taleyini isə bir qol həll edib. Flaqman ardıcıl 4-cü matçında uduzaraq, ilk "6-lıq"dan kənarda qalıb. Sonuncu yeri tutmamaq üçün isə "ağ-qaralar" Rusiya "Lokomotiv"inə uduzmamalıdır.
Pley-off matçları
18.30. "Fənərbağça" (Türkiyə) - "Rapid" (Avstriya) 1:0
Qol: Alpaslan Demir
19.40. "Anderlext" (Belçika) - "Qəbələ" (Azərbaycan) 4:1
QOl: Tresor Ndaişimie, Atman Əlxabari, Milan Korim (2)- Fərid Nəbiyev (pen)
21.00. "Udineze" (İtaliya) - "Neftçi" (Azərbaycan) 1:0
Qol: Filippo Takluççi
21.00. "Lokomotiv" (Rusiya) - "Liverpul" (İngiltərə) 1:2
Qollar: Sergey Pavlenko - Okerra Simonds, Benjamin Vudbarn