1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakcell Arena" "Neftçi" üçün daha əlverişlidir"
"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov Premyer Liqanın IX turunda "İnter"lə oyunun məkanının dəyişdirilməsinə aydınlıq gətirib. Klub rəsmisi Sportnet.az-a yazılı açıqlamasında "Bakcell Arena"nın ot örtüyünün yüklənməməsi üçün bir neçə oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirdiklərini bildirib.
O, deyib ki, "Bakcell Arena"nın şəraitinin daha yaxşı olduğundan oyunların təşkili və azarkeşlərin gəlişi üçün daha əlverişlidir: "Neftçi” ötən mövsüm də ev oyunlarını "Bakcell Arena”da keçirirdi. Klubumuz tərəfindən həm İsmət Qayıbov adına stadion, həm də "Bakcell Arena” Premyer Liqa oyunları üçün sifariş edilib. Media nümayəndələrinin fəaliyyəti üçün də orada bütün imkanlar yaradılıb. Sadəcə olaraq milli komandanın "Bakcell Arena”da oyunlar keçirdiyi vaxtda ot örtüyünün yüklənməməsi üçün bir-neçə oyunu İsmət Qayıbov adına stadionda keçirdik. İndiki halda "Bakcell Arena”ya qayıtmağımızda heç bir problem yoxdu. Əgər gələcəkdə milli komandanın hər hansı oyunu "Bakcell Arena”ya təyin olunarsa biz yenə yığma komandanın maraqlarını nəzərə alaraq İsmət Qayıbov adına stadionun xidmətindən yararlana bilərik".
Qeyd edək ki, "Neftçi" - "İnter" oyunu oktyabrın 26-da saat 16:00-da başlanacaq.