
Premyer Liqada X turun "Sumqayıt" - "Xəzər Lənkəran" matçını tanınmış meyxanaçı İntiqam da izləyib. Sportnet.az-ın məlumatına görə, söz xiridarı oyuna Azərbaycan millisinin baş məşqçi səlahiyyətlərini icra edən Mahmud Qurbanov və veteran futbolçularla birgə tamaşa edib.
Qeyd edək ki, görüş "Xəzər Lənkəran"ın qələbəsi ilə yekunlaşıb - 3:1.