
Bu gün qadın voleybolçular arasında
Azərbaycan Super Liqası start götürüb. Sportnet.az-ın məlumatına görə,
2014/2015 mövsümünün ilk oyununda çempion "Rabitə” qalib gəlib.
Dejan Brdjoviçin yetirmələri "Azərreyl”i qəbul ediblər. "Gənclik” Olimpiya
İdman Kompleksində keçirilən görüş "Rabitə"nin üstünlüyü ilə keçib. İlk setdə 25:20 qalib gələn komanda, növbəti iki seti 25:22 bitirib. Nəticədə 3:0 qalib gələn "Rabitə" tura qələb ilə başlayıb.
I tur
1 noyabr
"Rabitə” – "Azərreyl” - 3:0 (25:20; 25:22; 25:22)
Qeyd edək ki, turun digər – "Azəryol” – "Lokomotiv” görüşü sabah olacaq.