
Bu gün 21 yaşlı futbolçulardan ibarət milli komandamız Avropa çempionatı-2015-in seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, Bernhard Lippertin yetirmələri norveçlı həmyaşıdlarını qəbul edəcəklər.
Ukraynalı Anatoli Abdulanın idarə edəcəyi qarşılaşma "Bayıl Arena"da saat 20:00-da start götürəcək.
Maraqlıdır ki, cari tsikldə yığmamız keçirdiyi 5 oyunun yalnız 1-də qələbə qazanıb ki, bu da Norveçlə səfər görüşünə təsadüf edib. Həmin matçda gənclərimiz 3:1 hesablı qələbəyə seviniblər. Lippertin yetirmələri bugünkü oyunda qalib gələcəkləri təqdirdə, Makedoniya və Norveçi arxada qoyaraq, qrupda 3-cü pilləyə yüksələ bilərlər. Hazırda 1-ci yerdə gedən Portuqaliya 6 görüş keçirib və mütləq - 18 xallıq nəticələylə ən yaxın izləyicisi İsraili 9 xal arxada qoyur. Norveçin 6, Makedoniyanın 5, Azərbaycanın isə 4 xalı var.
20:00. "Bayıl-Arena". Azərbaycan (U-21) - Norveç (U-21) 0:1
Qol: Kvoeme, 82