
Azərbaycanın
qadın voleybolçulardan ibarət milli komandasının üzvü Anna Nazarenko
karyerasını İtaliya A seriyasında mübarizə aparan "Volley 2002 Forli” klubunda davam
etdirəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə,
millimizin üzvü ilə rəsmi müqavilə imzalanıb.
Nazarenko
əvvəllər Ukraynanın "Kruq”, Azərbaycanın "Lokomotiv” və Polşanın "Pila”
komandalarında çıxış edib. Son komandası isə fəaliyyətini dayandıran
"İqtisadçı” olub.
Qeyd edək ki, Anna Nazarenko iyunda Azərbaycan millisinin heyətində Avropa Liqasında çıxış etsə də, İtaliyada keçirilmiş dünya çempionatına aparılmayıb.