Tarixin yaddaşına köçən "İqtisadçı”nı CEV kubokunda heç bir
Azərbaycan klubunun əvəzləməyəcəyi dəqiqləşib. Avropa Voleybol Konfederasiyası artıq Bakı təmsilçisi ilə bağlı qərarını
açıqlayıb.
Yarışın 1/16 final mərhələsində
İspaniyanın "Loqrono” klubu ilə qarşılaşmalı olan Universitet komandasına hər 2
matçda 0:3 (0:25; 0:25; 0:25) hesablı texniki məğlubiyyət verilib. Nəticədə CEV
kubokunda debüt etməli olan rəqib 1/8 finala yüksəlib.
Bu, yarışın 2014/2015 mövsümündə ikinci belə hadisədi. Daha öncə "Severodonçonka” (Ukraynda) da "İqtisadçı”nın taleyini yaşamışdı. Lakin təmsilçimizdən fərqli, ukraynalılar vətənlərində baş verən siyasi qalmaqallar səbəbindən kubokdan kənara çəkilmişdilər və yığmamızın hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu "Atom” (Polşa) mərhələ adlamışdı. (Apasport.az)