Rusiyanın
Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin
yarımfinalçıları məlum olub. Sportnet.az-ın Azərbaycan Boks Federasiyasına istinadən məlumatına görə, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə
qazanmaqla, ən azı bürünc medalı özlərinə təmin ediblər.
46 kq çəki dərəcəsində
mübarizə aparan Ruslan Rüstəmov Rusiya idmançısı Pavel Ryasnı üzərində qələbə
qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə
qarşılaşacaq.
Hacı Dilbazov da (75 kq) ¼ final mərhələsini qələbə ilə başa
vurub. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli
komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək.
63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark
Kontreç üzərində qələbə qazanıb – 2:1. Quliyevin yarımfinalda rəqibi İsa
Yevloyev (Rusiya) olacaq.
Bəxtiyar Qazıbəyov (57 kq) Şotlandiya nümayəndəsi
Kallium Stüartla döyüşdən qalib ayrılıb – 3:0. Boksçumuz yarımfinalda
almaniyalı Jabs Qermannla görüşəcək.
70 kq çəki dərəcəsində mübarizə aparan
Rasim Çobanlı da yarımfinalda çıxış edəcək. Belarus idmançısı Mikita
Krasnabayev üzərində qələbə qazanan Çobanlı növbəti mərhələdə şotlandiyalı
Villiyam Hatçinsonla döyüşəcək.
Qeyd edək ki, buna qədər Məhəmməd Abdullayev də
(80+kq) yarımfinala vəsiqə əldə etmişdi. Abdullayev yarımfinalda ukraynalı
Vyaçeslav Qavrilyukla görüşəcək.
Yarımfinal görüşləri noyabrın 7-də
keçiriləcək. Avropa birinciliyinə isə ayın 8-də yekun vurulacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |