Cənubi Koreyanın Jeju adasında WSB Ümumdünya
liqasının yeni mövsümünün draftı keçirilib. Azərbaycan Boks Federaiyasının
mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata
görə, əvvəlcə liqanın rəhbəri Kərim Bouzidi yeni yaradılan klublar
barədə məlumat verilib.
2015-ci ilin
yanvarında start götürəcək mövsümdə 15 komanda iştirak edəcək. Draftda
komandaların heyətlərinə cəlb etməsi üçün 239 boksçu təklif olunub. "Baku
Fires”lə yanaşı Rusiya, "Astana Arlans”, "Cuba Domaderos”, ABŞ və Əlcəzair
klubları draftda yeni idmançı almayıblar.
AİBA-nın İcraçı Direktoru Ho Kim çıxışında qadın boksunu
inkişaf etdirmək üçün bəzi islahatlar aparmaq niyyətində olduğunu deyib. O,
2016-cı ildən WSB liqasında hər komandanın heyətinə bir qız boksçunu daxil
etmək təklifini verdiklərini söyləyib. Bundan başqa, AİBA Pro Boxing
turnirindəqadın idmançıların mübarizə aparması ideyası da müzakirə olunur.
Sabah AİBA-nın növbəti konqresi öz işinə bbaşlayacaq. İki gün davam edəcək
toplantıda Beynəlxalq Boks Federasiyasının rəhbərliyinə yeni seçkilər
keçiriləcək. AİBA İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyən olunacaq.
Qeyd
edək ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov
AİBA İcraiyyə Komitəsinin üzvüdür. Jejuda keçirilən tədbirdə ölkəmizi Süleyman
Mikayılovla yanaşı, "Baku Fires”in baş meneceri Rizvan Gənciyev və
federasiyanın baş katibi Nağı Səfərov təmsil edir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |