Cənubi Koreyada Beynəlxalq Həvəskar Boks
Assosiasiyasının (AİBA) Konqresi keçirilib. Sportnet.az-ın məlumatına görə,
toplantıda AİBA prezidenti ilə yanaşı, vitse-prezidentlər və İcraiyyə
Komitəsinin (İK) üzvləri də seçilib.
İK üzvü Azərbaycan
Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılova da daha 4 il
müddətinə etimad göstərilib.
Qeyd edək ki, Süleyman Mikayılov həm də Bakının Qaradağ rayonunun icra başçısıdır.