Ermənistan
Futbol Federasiyasının (FFA) prezidenti Ruben Ayrapetyan millinin paxırını açıb.
Sportnet.az-ın məlumatına görə, o, bu barədə keçirdiyi mətbuat konfransında
bildirib.
Ayrapetyan
millinin baş məşqçisi Bernar Şallandın nəticələrindən narazı qaldığını bildirib:
"Bilsəm ki əlində sehirli çubuq olan məşqçi var və o bizim futbolu daha da
yaxşılaşdıracaq, həmin an Şallandı postundan qovardım”. O həmçinin futbolçu Artak
Daşyanın milliyə dəvət edilməməsi üçün baş məşqçiyə məsləhət verdiyini də
açıqlayıb.
Prezident millinin çıxışına da toxunub: "Bizim hələ şansımız var. Ama Serbiya
və Portuqaliya ilə oyundakı kimi çıxış etsək bu şansı da əldən verəcəyik. Dünyadakı
bütün futbolçular bizim nəzərimizdədir. Lakin Tumasyan, Qevqeozyan və Maloyan
kimi federasiya ilə bazarlıq edən futbolçuların millidə yeri yoxdu. Maloyanı min
dəfə milliyə dəvət etmişəm. O bizdən Porsche markalı avtomobil istədi, mən də
bu istəyi yerinə yetirdim. Ancaq o milliyə gəlmədi”.
Qeyd edək ki, Avro-2016-nın qrup mərhələsinin İ qrupunda mübarizə aparan Ermənistan millisi keçirdiyi 3 oyunda cəmi 1 xal qazanıb. Komanda Serbiya millisi ilə birgə sonuncu pillədə qərarlaşıb.