Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV turun
oyunlarına start verilib. Sportnet.az-ın
məlumatına görə, turun ilk matçında turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar
qarşı-qarşıya gəliblər.
"Lokomotiv” və "Rabitə”nin görüşündə birincilər əzmkarlıq sayəsində qalib gəliblər. Sonadək vuruşan "dəmiryolçular" liderliyi əldən buraxmayıblar. İlk setdə qalib gələn "Lokomotiv" ikinci seti "Rabitə"yə uduzub. 3 və 4-cü setlər də bu formada başa çatıb. Nəticədə komandalar tay-brekdə münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən son seti "Lokomotiv" aktivinə yazmağı bacarıb.
21 noyabr
IV tur
16:00. "Lokomotiv” – "Rabitə” - 3:2 (25:22; 18:25; 25:23; 21:25; 15:13)
Voleybol Mərkəzi.
Komandalar |
O |
Q |
M |
S-F |
X |
"Lokomotiv” |
4 |
4 |
0 |
12-6 |
11 |
"Rabitə” |
3 |
2 |
1 |
8-3 |
8 |
"Azəryol” |
2 |
1 |
1 |
5-3 |
4 |
"Telekom” |
2 |
0 |
2 |
1-6 |
0 |
"Azərreyl” |
3 |
0 |
3 |
1-9 |
0 |
Qeyd edək ki, turun digər "Azəryol” – "Telekom” oyunu sabah olacaq.