
Futbol üzrə Azərbaycan
çempionatının U-19 liqasında dava düşüb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”
və "Xəzər Lənkəran” komandaları arasında keçirilən oyunda dava-dalaşda iştirak
edən hər iki komandanın futbolçularına müvafiq cəzalar verilib.
19 noyabr 2014-cü il U-19 Liqasının "Qarabağ” – "Xəzər Lənkəran” matçının
90+2-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Fərid Əsədovun,
15 №-li futbolçusu Eduard Rəfiyev, "Qarabağ” klubunun 16 №-li futbolçusu Rauf
Əliyevin və 10 №-li futbolçusu Amin Hüseynov dava-dalaşda iştirak etdiylərinə
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir
futbolçu 5 oyun cəzalanıb.