
Avropa Liqasında "Sent Etyen”lə qarşılaşacaq "Qarabağ”ın
futbolçusu Qara Qarayev oyun öncəsi açıqlamalar verib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi "ağ yaşıllar”a qarşı
yüksək motivasiyalı və bilgili olduqlarını bildirib.
Qarayev rəqibdən zəif
olmadıqlarını düşünür: "Biz diqqətimizi oyuna yönəltmişik. Qrupdan çıxmaq bir yuxu kimidir. Biz bu yuxunu reallığa çevirmək istəyirik. Bu matç hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir. Çox böyük məsuliyyət daşıyırıq. "Sent Etyen” müdafiədə olduqca effektiv təsir bağışlayır. Eyni zamanda əks-hücumlara da çıxa bilirlər. Kollektiv olaraq gücümüz
heç də rəqibimizdən aşağı deyil. Rəqibimiz qrupda ən az qol buraxan komandadı. Öz
meydanlarında oynadıqları matçlarda müdafiədə çox yaxşıdılar. Lakin biz oyun
ərzində əlimizdən gələni edəcəyik. Qələbə qazanmaq üçün oynayacağıq”.
Qeyd edək ki, "Sent-Etyen” – "Qarabağ” matçı bu gecə saat 00:05-də başlayacaq.