"Millinin
baş məşqçi postuna namizəd 90 faiz Prosineçkidir”. Sportnet.az-ın məlumatına görə,
bunu "Bakı” – "İnter” qarşılaşmasını izləyən AFFA-nın baş katibi Elxan Məmmədov
deyib.
Millinin
baş məşqçi məsələsinə münasibət bildirən Məmmədov bu posta ən real namizədin
Prosineçki olduğunu bildirib.
Baş katib açıqlamasında Azərbaycan U-21 millisinin baş məşqçisi Bernard Lippertin
istefasına da toxunub. O, bildirib ki, Lippertin istefasına İcraiyyə Komitəsinin
iclasında baxılacaq.
Qeyd edək ki, "Bakı” – "İnter” matçını Elxan Məmmədovla yanaşı milli komandamızın baş məşqçi postuna namizəd Robert Prosineçki də izləyib.