"Xəzər Lənkəran" klubu futbol üzrə Topaz Premyer Liqasının XV turunda "Qəbələ" komandası ilə keçirəcəyi oyunların stadionunu müəyyənləşdirib. Klubdan verilən məlumata görə, həm əsas, həm də əvəzedici komandalar arasındakı görüş Bakıdakı "Bayıl Arena"da baş tutacaq.
Əsas komandalar dekabrın 7-də saat 17:00-da,
əvəzedicilər isə bundan bir gün tez - saat 14:00-da üz-üzə gələcəklər. Cənub
təmsilçisinibu addıma "Xəzər Lənkəran" Mərkəzi stadionunun ot
örtüyündə aparılan təmirdən sonra yağışlı hava şəraitində sıradan çıxma
təhlükəsi vadar edib.
Qeyd edək ki, daha öncə Lənkəran komandası
"Neftçi" ilə Premyer Liqanın XIII tur matçını da Bakıda keçirib. Oyun
"Dalğa Arena"da təşkil olunub. (Report.az)