"İnter”in qapıçısı Səlahət Ağayev klubun
rəsmi saytına müsahibə verib.
-Səlahət,
"Xəzər-Lənkəran”la oyunda zədə almışdın. İndi vəziyyətin necədir?
-Yaxşıdır,
məşqlərə başlamışam.
-Səni qarşıdakı oyunda
görə biləcəyik?
-İnşallah,
məşq edirəm, məşqçilər korpusu lazım bilsə, meydana çıxacağam. Ümumiyyətlə,
"İnter”də qapıçı problemi yoxdur. Mən olmasam da, komandada yetərincə təcrübəli
qapıçılar var.
-Milli komandanın yeni məşqçisinin adı açıqlandı. Yeni
məşqçidən təklif gözləyirsən?
-Təbii ki, milli komandada oynamaq hər bir futbolçu üçün böyük
şərəfdir. Klubda özümü yaxşı tərəfdən göstərməliyəm ki, dəvət alım.
-Milli komandanın son oyununda qapıda sən dayanmışdın. Necə
düşünürsən, yeni məşqçi qarşıdakı oyunlarda sənə şans verəcək?
-Vacib olanı budur ki, milli komanda qalib gəlsin.Qapıda kimin qayanacağı o qədər də önəmli deyil. Kamran
Ağayev kimi təcrübəli qapıçımız var. Qapıda kimin dayanacağını məşqçilər
korpusu müəyyənləşdirir. Biz də onların qərarlarına hörmətlə yanaşırıq.