AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasındaAzərbaycan
kubokunun 1/8 final mərhələsindəki oyunlarda baş verən hadisələr diqqətdən
kənarda qalmayıb.
Sportnet.az-ın məlumatına görə, oyunlarda yaşananlarla bağlı müvafiq qərarlar
açıqlanıb .
Azərbaycan kubokunun
1/8 final mərhələsində keçirilən "Neftçala” – AZAL matçında
"Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
100 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində "Neftçala” klubunun 21 №-li futbolçusu
Elvin Adışirinli və AZAL klubunun 3 №-li futbolçusu Xuan Fransisko kobud
oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər
iki futbolçu 2 oyun cəzalanıb, hər iki klub isə 2000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən "Simurq” – "Rəvan” matçının 55-ci dəqiqəsində "Rəvan” klubunun 99 nömrəli futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 20 manat cərimə olunur.
Azərbaycan kubokunun
1/8 final mərhələsində keçirilən "Sumqayıt” – "Bakı” matçında
"Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000
manat cərimə olunur.
Oyunun 83-cü dəqiqəsində "Sumqayıt” klubunun 5 nömrəli futbolçusu
Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə
olunub.
Oyunun 90+1-cü dəqiqəsində "Bakı” klubunun 10 nömrəli futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.