Cənub təmsilçisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlundan aldığımız məlumata görə, Çətin məşqçi olaraq klubla 1,5 illik müqavilə bağlamışdır. Dekabrda imzalanmış anlaşmanın sona çatmasına hələ 1 il var: "Həmin müqaviləni əsas götürərək, türkiyəli mütəxəssisin yeni vəzifədə anlaşma müddəti növbəti mövsümü əhatə edir".
Türkiyəli mütəxəssisin köməkçiləri ilə bağlı sualımıza isə, Cəbrayıloğlu bu cür cavab verdi: "Bu barədə hələ konkret bir söz deyə bilmirəm. Çünki Oğuz bəy qərarını açıqlamayıb. Elə hansı futbolçularla yolu davam edəcəyimiz, kimlərlə vidalaşacağımıza dair suala da cavab vermək iqtidarında deyiləm. Yaxın günlərdə baş məşqçimiz bütün bu suallara aydınlıq gətirəcək".