Futbol üzrə Topaz Premyer Liqasında son turun bütün qarşılaşmaları 1 dəqiqlik sükutla başlayacaq. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev məlumat verib.
Musayev bu addımı Türkiyənin Manisa şəhərindəki Soma bölgəsində baş vermiş faciəvi hadisə ilə əlaqədar atdıqlarını açıqlayıb: "Türkiyədə baş verən faciəyə biganə qala bilməzdik. Biz də türkük, türkün faciəsi – bizm faciəmizdir. Ona görə də qərara aldıq ki, matçlara 1 dəqiqəlik sükutla başlayaq”.
PFL prezident bildirib ki, son turda "Qarabağ” və "İnter”ə qızıl və gümüş medalların verilməsi nəzərdə tutulduğundan, qara sarğı ilə mərasimin keçirilməsi düzgün olmazdı: "Lakin bütün qarşılaşmalar 1 dəqiqəlik sükutla başlayacaq”.
Qeyd edək ki, ötən gecə Türkiyənin Manisa şəhərinin Soma bölgəsində mədən qəzası nəticəsində partlayış baş verib və nəticədə 300-dək insan həlak olub.