- Öncə təyinatınızla bağlı fikirlərinizi bilmək istərdik...
- Təqribən 1 ay əvvəl "Qarabağ”la matçdan öncə klub prezidenti Mais Mənsimov və Mustafa Dənizlinin toplantısından sonra vəzifə bölgüsü aparıldı. Həmin toplantıdan sonra Dənizli mənə dedi ki, bundan sonra baş məşqçi vəzifəsi sənə həvalə olunur. Daha sonra klubumuzun rəsmiləri də bunu mənə dedi. Amma o gündən bu günə prosses davam etdi, Dənizlinin razılığı və prezidentimizin mənə etibarı nəticəsində bu vəzifə rəsmiləşdi.
- Hazırda rəhbərliklə Dənizli arasında danışıqlar davam edir. Bu prossesin nəticəsini mən bilmirəm, amma görüşmələr davam edir. Dənizlinin klubda hansı vəzifəyə təyin olunub-olunmayacağı ilə məsələlər onunla rəhbərlik arasında müzakirə olunur. Mən bu məsələ ilə bağlı heç nə deyə bilmərəm.
- Təbii ki, mənim çox önəmli hədəflərim var. Amma hələ açıqlamaq istəməzdim. Çünki görüləsi bəzi işlərimiz də qalıb. Bu işləri gördükdən sonra hər şeyi detalları ilə açıqlayaram.
Elmar VƏLİYEV