1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədovdan "Lans"a daha 15 milyon avro - YENİLƏNİB
"Lans”ın sahibi Hafiz Məmmədov Parisdədir. Sportnet.az "europe-mercato"ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Fransa Peşəkar Futbol Liqasının prezidenti Frederik Tiries, Sərmayələrin İdarə Edilməsi Milli Şurasının Prezidenti Riçard Olivye və klubunun prezidenti Jerve Martellə görüşüb.
Məmmədov 2014/2015 mövsümü üçün "Lans”a daha 15 milyon avro yatıracağına söz verib. Klubun ümumi maaş büdcəsi 13 milyon təşkil edəcək. Mövsüm ərzində xərclənən vəsaitlər isə 40-45 milyon avronu əhatə edəcək.
Dünən axşam saatlarında "Lans”ın bazasına daxil olmağa cəhd edən jurnalistlərin fikrincə, Jerve Martel klubdan xəbər sızmasının qarşısını alıb. Açıq qalmış suallar olduqca çoxdur. Məsələn, yay transferlərinə nə qədər vəsait ayrılacaq. Komandanı elitaya yüksəltmiş baş məşqçi Antuan Kambuarenin gələcək taleyinə də aydınlıq gətirilməyib: "Əgər klub xəbərləri dolğun çatdırmaq istəmirsə, deməli, "torbada pişik var”.