
Argentinada növbəti dəfə azarkeşlər arasında insident yaşanıb. Sportnet.az xəbər verir ki, nəticədə "Lanus" klubunun azarkeşi ölüb.
Belə ki, Xose adlı şəxs öz komandasının digər fanatı tərəfindən Buenos Ayresdə güllələnib və o xəstəxanada keçinib. Argentina polisi "Lunas" azarkeşi Soto Matiasanı saxlayıb. Onun üstündə silah tapılıb. Bununla yanaşı Sotonuna atası da həbs olunub. Onlar hər ikisi Xoseni öldürməkdə şübhəli bilinirlər.