"Sumqayıt" futbol komandası düşərgəyə iki yeni futbolçu dəvət edib. Sportnet.az-ın məlumatına görə, bunlar Gəncənin "Kəpəz" klubunun müdafiəçisi Kamran İsmayılov və "Turan Tovuz"un yarımmüdafiəçisi İsmayıl İsmayılovdur.
Hər iki gənc futbolçu bu gün komandayla birgə məşqə çıxıb. K.İsmayılovun 23, İ.İsmayılovun isə 20 yaşı var. Futbolçuların "Sumqayıt"da qalıb-qalmamasına baş məşqçi Aqil Məmmədovun qərarından sonra aydınlıq gələcək.