
Son günlərdə mətbuatda
"İnter"in hollandiyalı Vilyam Pleymi transfer edəcəyi ilə bağlı məlumatlar
yayılmışdı. Sportnet.az-ın məlumatına görə, klub bunu təkzib edib.
Klub rəhbərliyi rəsmi
sayt vasitəsi futbolçu ilə maraqlanmadıqları ilə bağlı bəyanat yayıb. Bəyanatı
olduğu kimi diqqətinizə çatıdırırıq:
Bir sıra elektron
informasiya vasitələrində belə iddia olunur ki, "İnter" klubu
Hollandiya futbolçusu Vilyam Pleym ilə danışıqlar aparır.
"İnter" PİK-in rəhbərliyi bildirir ki, belə bir futbolçu ilə maraqlanmır və yazılanlar reallığı əks etdirmir.