1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elnur Məmmədov: "Cəza tətbiq olunmalıdır" - MÜSAHİBƏ
"Neftçi"nin vitse-preidenti Elnur Məmmədov "Qəbələ" ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. həmin müsahibəni təqdim edir.
- "Qəbələ" ilə oyun haqda fikirlərinizi bildirərdiniz...
- Qış fasiləsindən sonra axsamalar oldu. Ancaq "Xəzər Lənkəran"la oyunda komanda toparlandı. Bu gün də bunun şahidi olduq. Artıq 2 oyundur ki, qələbə qazanırıq. Ümid edirəm ki, bu qələbələrin ardı gələcək. Qarşıda daha çətin oyunlarımız var. Demək olar ki, çempionatda zəif komanda yoxdur. Hər bir komandadan istənilən sürprizi gözləmək olar. Güclü komanda üçün turnir cədvəlində ondan geridə olan rəqiblə oyuna köklənmək çətindir. Bunların hamısını nəzərə almaq lazımdır. İnanırıq ki, bu sürətlə də davam edəcəyik. Komanda çox əzmkarlıq göstərir. İlk hissədə qol buraxmağımıza baxmayaraq toparlandıq və qələbə qazandıq.
- "Neftçi" çempionluğa oynayır. "Qarabağ" da çempionluğa iddialıdır və arada xal fərqi var. Bu xal fərqini mövsüm sonunadək aradan qaldırmaq mümkün olacaq?
- "Neftçi" kimi komandalar hər oyuna qələbə üçün çıxır. Hər bir komandanın iddiası var. "Qarabağ" bu gün "Simurq"a qalib gəldi. Arada 10 xal fərq var. Biz bu fərqi azaltmağa çalışacağıq. AZAL-la təxirə salınmış oyunumuz olacaq. Əsas məsələ isə ayın 19-da "Qarabağ"la keçiriləcək oyundur.
- "Qəbələ" ilə oyunun fasiləsində paltardəyişmə otağına girib futbolçulara nə dediniz?
- Bu bir az təxribat xarakterli sual oldu. Bu komandadır. Komanda deyəndə, yalnız meydanda olan 11 nəfər oyunçu nəzərdə tutulmur. Klubun hər bir işçisi bura daxildir. Əsas məsələ ondadır ki, komanda paltardəyişmə otağında toparlandı və ikinci hissədə öz oyununu göstərdi.
- Araz Abdullayevdən sonra Ernest Nfor da əvəzedici heyətə göndərildi və yenidən əsas heyətə qayıtdı. Bu bir az qeyri-ciddi yanaşmadır. Hazırda "Neftçi" o qədər də yaxşı vəziyyətdə deyil. Bu görüşdə də "Neftçi" güclü oynamadı, sadəcə "Qəbələ" zəif çıxış etdi. "Neftçi" nəyə güvənərək belə addım atır, əsas oyunçularını əvəzedici heyətə göndərir?
- Bizim komandada çoxlu gənc oyunçular yetişir. Bu gün hər hansı oyunçunun əzmkarlığı olmadıqda, intizamı pozduqda media bunu şişirtməyə başlayır. Futbol oynamaq oyunçunun vəzifə borcudur. Sadəcə insan əzmkarlıq göstərmirsə, o zaman cəza tətbiq olunmalıdır. Ən yaxşı variant isə onun əvəzedici heyətə göndərilməsidir. Belə olan halda həm futbolçu formada qalır, həm oynayır, həm də üzərində çalışır. Nfor əvəzedici heyətdə yaxşı oynadı və qol da vurdu. Yenidən baş məşqçiylə danışdı və hazır olduğunu bildirdi. Bu da ümumi qəbul olunmuş bir metoddu.
- Oyundan əvvəl "Neftçi" məğlub olacağı təqdirdə Arif Əsədovun istefaya gedəcəyi deyilirdi...
- "Neftçi" elə bir komandadır ki, ona qarşı ictimaiyyət tərəfindən daima təzyiq olur. Axsama olanda da müəyyən mülahizələr söylənilir. Bu proseslər həmişə oyunlardan əvvəl baş verir. Bu da məşqçi korpusuna olan təzyiqdir. Belə məsələlərdə biz həmişə komandanın yanındayıq.
- Etiraf edək ki, siz "Neftçi"yə gəldikdən sonra bu cür məsələlər ictimaiyyət tərəfindən daha çox qabardılır...
- Belə xəbərlər çox olur. Ancaq gördüyünüz kimi, heç bir dəyişiklik yoxdur və hamımız öz yerimizdə işləyirik.
- "Neftçi" Azərbaycanın ən köklü klubudur. Azarkeşlər "Neftçi"dən çox şey gözləyir. Onlara nə söz verə bilərsiniz?
- Çox maraqlı sual oldu. Söz vermək məsələsi çox çətindir. O şeyə söz verərsən ki, birbaşa olaraq səndən asılı olan məsələdir. Oyunla bağlı dedikdə, bu futboldur və burada zəmanət yoxdur. Amma "Neftçi" olaraq söz verə bilərik ki, əlimizdən gələni edəcəyik ki, uğur qazanaq və azarkeşlərimizi sevindirək.
- Azarkeşlərin "Neftçi"yə dəstək olmamasının səbəbi nədir? Yəni son dövrlərdə azarkeşlər "Neftçi"dən soyuyur...
- "Xəzər Lənkəran"la oyunda azarkeşlərin sayı artmışdı. Bu gün azarkeşin sayının azalması çempionatın bütün oyunlarında müşahidə olunur. Səbəbləri çoxdur və bununla bağlı müəyyən işlər görürük. Bu işlər yavaş-yavaş öz müsbət təsirini göstərir. Planlarımız çoxdur. Biz hər bir təklifə açığıq. Keçən dəfə jurnalistlər üçün şəraitin yaradılması məsələsini müzakirə etdik. İstəyirik mətbuatla belə bir mövzunu müzakirə edək ki, onlar ailəsini stadiona gətirmək istəyəndə, media əhlinin ailəsi üçün xüsusi yerlər ayrılsın.
- Klublar Komitəsində 21 və 23 yaşlı futbolçuların maaşına limit qoyulması müzakirə olunub. "Neftçi" rəsmisi kimi buna münasibətiniz necədir?
- Klublar Komitəsində ilk gündən belə qərar qəbul etdik ki, mediaya açıqlamanı 2 şəxs versin. Biri komitənin AFFA tərərfindən təyin olunmuş kordinatoru Firuz Abdulla və sədr Tuyqun Nadirov.
- Zaqatalada "Simurq"la oyundan sonra Elnur Əşərfoğlu ilə Xaqani Məmmədov arasında yaşanan mübahisədə siz ona qarşı çıxmışdınız və bundan sonra Əşrəfoğlu arxa plana keçdi...
- Mən sizin bütün suallara cava verdim və ixtiyarım var ki, bu suala cavab verməyim (gülür)