"Bakı" klubunun futbolçusu Rauf Əliyev komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib. 25 yaşlı hücumçu Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"dan heç bir təklif almadığını söyləyib.
Əliyev deyib: "Belə bir şey yoxdur. Bunlar hamısı boş söhbətlərdir. Yəni bu məsələdən söhbət belə gedə bilməz. Hələ ki "Bakı”nın müqaviləli futbolçusuyam və mövsüm də başa çatmayıb. Ona görə də bu məsələlərlə bağlı danışmaq düzgün olmazdı. Açığı, heç bu barədə mənə gələn təklif də yoxdur. Ola bilər ki, mətbuatda nəsə yazsınlar, amma bu xəbər əsassızdır".
Hücumçu "Bakı" ilə qışadək müqaviləsinin olduğunu da xatırladıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |