1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu gün də çətinliklə üzləşdik"
"Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Arif Əsədov "Sumqayıt"ı səfərdə 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra deyib.
Qələbə qazandıqları üçün sevincini gizlətməyən Əsədov ardıcıl bir neçə oyunu süni meydanlarda keçirməyin ağır olduğunu bildirib: "Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq".
Baş məşqçi Ernest Nforu meydana buraxmamasının səbəbini də açıqlayıb: "Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda "Neftçi”də rəqabət mövcuddur. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.