
"Neftçi"nin futbolçusu Sesilyo da Silva Kaue Azərbaycan Kubokunda "İnter"lə ilk yarımfinal matçından sonra Sportnet.az-ın suallarını cavablandırıb...
- Oyun barədə nə deyə bilərsiniz?
- Komandamız bu gün yaxşı oyun göstərdi. "Neftçi"nin səviyyəsinə uyğun ötürmələr və bir sözlə, hər şey əla idi. Evdə oynayırdıq, qələbə qazanmalı idik və qazandıq.
- Artıq "Neftçi"ni finalda görmək olar?
- Yox, təbii ki. Təhlükəli hesabdır. Lənkərandakı oyunu misal göstərmək olar. 2:0 öndə idik və 1 nəfər üstün idik. Amma sonradan 2 qol buraxdıq və qələbəni əldən verdik. Bu, futboldur, hər şey ola bilər. Ona görə də öz səhvlərimiz üzərində işləməliyik.
- Bundan sonra Premyer Liqada "Qəbələ" ilə oyun var...
- Aprelin sonlarınadək yetərincə oyunumuz var. Komandamız bugünkü kimi oynasa, qarşıdakı oyunlarda da məncə, qələbə qazana biləcəyik.
- Oyunun əvvəlindəki verilməyən penalti qərarı ilə bağlı nə deyə bilərsiniz?
- Məncə, bu sualı hakimə versəniz, daha yaxşı olar. Vermədisə, demək, yox idi.
- Eşitdiyimizə görə, mövsümün sonunda komandadan gedəcəksiniz. Bu xəbər nə dərəcədə doğrudur?
- Yox, belə bir şey yoxdur. Komandamla müqaviləm var.