Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovu Türkiyə "Karşıyaka"sına "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin məsləhət gördüyü üzə çıxıb. Sportnet.az-ın "Doğan" agentliyinə istinadən məlumatına görə, Dənizli Şükürovu hələ "Neftçi"də oynadığı vaxt diqqət mərkəzində saxlayıb.
"Karşıyaka"nın hazırkı baş məşqçisi Yusuf Şimşək isə vaxtilə "Beşiktaş"da məhz təcrübəli mütəxəssisin rəhbərliyi altında futbol oynayıb. Dənizli Şükürovla əlaqə saxlayaraq, "Azərbaycanda qalsaydım, mən alacaqdım. Şükürov sağ cinahda, stopper və ön libero mövqelərində oynaya bilir. Sərbəst zərbələri yaxşı yerinə yetirir. Alsan, aparıcı oyunçun olacaq" deyib.
Qeyd edək ki, Mahir Şükürov "Xəzər Lənkəran"da 2008-ci ildə də çıxış edib. Şükürov bu mövsüm "Neftçi"də oynadığı vaxt "Xəzər Lənkəran"la səfər matçında yerli azarkeşlərə orta barmağını göstərdiyi üçün cəzalandırılıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |