Filippinli məşhur boksçu Menni Pakyao qadın həmyerlisi Meri Ceyn Velozunu ölüm hökmündən xilas edib. Sportnet.az-ın "Fightnews.com"a istinadən məlumatına görə, Pakyao İndoneziya prezidenti Coko Vidodoya məktub göndərib.
O, İndoneziyada saxlanılan Velozunun əfvini xahiş edib. Nəticədə əlavə məhkəmə araşdırması təyin edilib.
Velozu narkotik daşınmasında ittiham olunub. O, 2010-cu ildə 2,6 kq heroin nəql edib.
Qeyd edək ki, Menni Pakyao mayın 2-də Las-Veqasda Floyd Meyvezerlə döyüş keçirəcək.