1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan futbolunda 1 dəqiqəlik sükut elan olundu
Peşəkar Futbol Liqasının (PFL) təşkil etdiyi bütün yarışlarda Bakının Binəqədi qəsəbəsindəki yanğında həlak olanların və Azərbaycanın əfsanəvi baş məşqçisi Əhməd Ələsgərovun xatirəsi anılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bu gün əvəzedicilərin yarışında, 22-23 mayda isə Azərbaycan Premyer Liqası və I divizionda bütün oyunlar öncəsi 1 dəqiqəlik sükut elan olunacaq. Z.Hüseynov bildirib ki, komandalara meydana qara sarğı ilə çıxmaları da təklif olunub.
PFL rəsmisi mayın 22-də "Qarabağ" - "İnter" matçından sonra təşkil olunacaq mükafatlandırma mərasiminin təmtəraqlı olmayacağına da işarə vurub: "Bu barədə qərar yaxın saatlarda veriləcək. Amma inanmıram ki, "Qarabağ"a qızıl, "İnter"ə isə gümüş medallar təmtəraqlı şəkildə təqdim edilsin".
Qeyd edək ki, mayın 19-da Binəqədidəki yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb. Həmin gün "Neftçi"yə SSRİ çempionatları tarixində baş məşqçi kimi yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərov Ukraynanın Odessa şəhərində vəfat edib.