Bu gün İsveçrənin Sürix şəhərində FIFA-nın 65-ci Konqresi öz işinə başlayb. Sportnet.az-ın məlumatına görə, mayın 29-da yekunlaşacaq Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.
Qeyd edək ki, Konqresdə FIFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn arasında seçki keçiriləcək.