
Hazırda "Bakcell Arena"da Topaz Premyer Liqasının son turu çərçivəsində "Neftçi" - AZAL oyunu keçirilir. Sportnet.az-ın oyunu izləyən əməkdaşının verdiyi məlumata görə, görüşü izləyənlər arasında çempionatın qalibi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var.
Bu tur istirahət edən "Qarabağ" 3 iyunda Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq. Fürsətdən yararlanan Qurbanov rəqib komandanı analiz etmək üçün stadiona təşrif edib.
Qeyd edək ki, "Neftçi" - "AZAL oyununda ilk hissə davam edir və hesab açılmayıb.