
"Xəzər Lənkəran"ın həbsdən çıxan azarkeşi Elman Tağıyev klubda işə başlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Eliko Lezginçik ləqəbli fanat öz "Facebook" səhifəsində yazıb.
O, iyunun 1-də "ağ-yaşıllar"ın azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi kimi fəaliyyətə başlayacağını açıqlayıb. E.Tağıyev böyük cameənin belə bir məsuliyyətli işi ona həvalə etməsindən dolayı kluba minnətdarlığını bildirib.
Qeyd edək ki, Eliko Lezginçik ləqəbli fanat 2013-cü il avqustun 25-də Azərbaycan Premyer Liqasının "Xəzər Lənkəran" - "Neftçi" matçında baş vermiş iğtişaşla əlaqədar həbsdə olub. O, mayın 12-də azadlığa çıxıb.







































































