"Qarabağ"ın sabiq futbolçusu Gülağa Məmmədovun ailəsində faciə baş verib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, G.Məmmədovun oğlu Anar Araz çayında bataraq dünyasını dəyişib.
Hadisə Arazın İmişli rayonu, Məzrəli kəndi ərazisindən keçən hissəsində baş verib. A.Məmmədov qaynı ilə birgə çaya balıq tutmağa gedib. Bir neçə saat sonra onların avtomobili qohumları tərəfindən sahibsiz aşkarlanıb. Ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.
Qeyd edək ki, Gülağa Məmmədov uzun müddət "Qarabağ" klubunda çıxış edib və 1993-cü ildə komandada inzibatçı kimi çalışıb. Hazırda o, "Sədərək” ticarət mərkəzində dəri məmulatlarının alveri ilə məşğuldur.