
Bu gün təlim-məşq toplanışı keçirmək məqsədilə Avstriyaya yola düşəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər verib.
Almaniyanın "Fortuna Dusseldorf” klubunun üzvü Tuğrul Erat səhhəti ilə əlaqədar millinin toplanışında iştirak edə bilməyəcək.