1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Hakim, istefa!"
"Nəticədən çox oyunun baş tutmağı bizi maraqlandırırdı. Çünki bu bir tarixi oyun idi və elə bil ki, 19 il əvvələ qayıtdıq". Sportnet.az-ın məlumatına görə, bu gün Qəbələdə "Qarabağ" və "Neftçi"nin veteran futbolçuları arasında keçirilmiş görüşdən sonra Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev deyib.
PFL prezidentinin bildirib ki, "Neftçi" və "Qarabağ" oyununun təkrarı, həmin futbolçuların iştirakı çox sevindirici haldır. Onun sözlərinə görə, bu görüş veteran futbolçulara hörmət əlaməti olaraq həyata keçirilib: "Bu AFFA prezidenti Rövnəq Abdullayevin ideyası idi. Bu görüşlə bağlı sabaha da sürprizimiz olacaq. Bəzi oyunçuların oyununa baxdıqda kövrəldim. Bol qollu oyun gözləyirdim. Hakimdən narazı qaldım, hakim, istefa! (gülür)".