
Vaxtilə Azərbaycanda çalışmış türkiyəli futbol mütəxəssisi Naci Şensoy sosial şəbəkələrdən birində maraqlı bir video yayımlamaqla bərabər, Premyer Liqamızda böyük söz-söhbətə səbəb olan hadisəni yada salıb. Sportnet.az-ın məlumatına görə, o, həmin videoya şərh olaraq bunları qeyd edib:
"Üç-dörd il öncə Azərbaycanın "Bakı" və "Xəzər Lənkəran" klublarının oyununda da eyni şey yaşanmışdı. "Bakı" buna bənzər bir qol vuraraq, feyr-pleyi heçə saymış və qələbə qazanmışdı. Nə deyim? İnkişaf sadəcə, pul yatırmaqla olmur. İdmanın ruhunu da yaxşıca anlamaq lazımdı. Elə deyilmi!?!"
	
	
	
	
	









                 





    
    
    
    
    
    
    
    
    

























































