1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fabiano Karuana: "Şəhriyar da qalib ola bilərdi"
"Sonuncu turda liderliyi əldən verə bilərdim. Qrişukun qələbə şansı var idi, eləcə də Şəhriyarın qara fiqurlarla Kramniki məğlub etməsi mümkün idi”.
Sportnet.az xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirinin qalibi olan Fabiano Karuana deyib.
ABŞ qrossmeysteri son görüşdə heç-heçəyə köklənmədiyini söyləyib: "Mənim üçün ən yaxşısı normal qaydada partiyanı oynamaq idi. Görüşün başlanğıcından bərabərliyə can atmırdım. Öz oyunumu keçirir və hadisələrin necə inkişaf edəcəyinə baxırdım”.
Karuana 9 – 28 noyabrda İngiltərənin paytaxtı Londonda Şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. 25 yaşlı şahmatçı hesab edir ki, həmin dueldə şanslar bərabərdir: "Karsenin favorit olduğunu düşünmürəm. Mənim də şansım var. Hər şey yarışa necə hazırlaşacağımdan asılı olacaq”.
Qeyd edək ki, Fabiano Karuana 9 xalla İddiaçılar Turnirinin qalibi olub. İkinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 8 xal toplayıb.