Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının üçüncü turunda yerli komanda ilə üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 2:2. Yığmanın heyətində Arkadi Naydiç və Qədir Hüseynov görüşlərini heç-heçə ilə başa vurub. Nicat Abbasov qələbə qazansa da, Rauf Məmmədov rəqibinə uduzub.
Qeyd edək ki, Azərbaycan millisi ilk 2 turda Çin və İngiltərəyə uduzub. III turdan sonra Rusiya 6 xalla vahid liderdir. Hindistan, ABŞ və İngiltərə 5 xalla 2-4-cü, 3 xalı olan İran və Qazaxıstan 5-6-cı, yerləri bölüşdürür. 2 xala malik Çin 7-ci, bir xalı olan Azərbaycan isə 8-ci pillədə qərarlaşıb. Misir və İsveçin isə xalı yoxdur.
------------------------------------------
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün III turun oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib təşkilatçı ölkə yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. 2 turdan sonra Qazaxıstanın 2 xalı olduğu halda, Azərbaycan xalsızdır.
Bu gün İran - İsveç, Misir - Hindistan, Çin - Rusiya və İngiltərə - ABŞ qarşılaşmaları da keçiriləcək.
Dünya çempionatı, III tur
15:00. Qazaxıstan - Azərbaycan - 2:2
Rinat Cumbayev - Arkadi Naydiç - 0,5:0,5
Ənvər İsmaqambetov - Rauf Məmmədov - 0:1
Murtaz Kajqaleyev - Qədir Hüseynov - 0,5:0,5
Pyotr Kostenko - Nicat Abbasov - 0:1
III turun digər qarşılaşmaları
İran - İsveç - 3.5:0.5
Misir - Hindistan - 0:3
Çin - Rusiya - 1.5:2.5
İngiltərə - ABŞ - 2:2